Roma Papası miqrant düşərgələrini nasist düşərgələrilə müqayisə etdi

Roma Papası miqrant düşərgələrini nasist düşərgələrilə müqayisə etdi

03.12.2021 20:21

Roma Papası Fransisk miqrant düşərgələrini nasist düşərgələrilə müqayisə edib.

Pontifik bunu Kiprdəki Müqəddəs Xaç katolik kilsəsində miqrantlarla dua edərkən bildirib.

O, cəmiyyətin qaçqınların ölüm faciələrinə öyrəşməməsinin vacib olduğunu qeyd edib. Papa miqrantlarla bağlı vəziyyətin əslində necə olduğunu dünya ictimaiyyətinə çatdırmağı öz vəzifəsi adlandırıb.

“Biz dünyada baş verən insan faciələrinə öyrəşməyə başlayırıq. Bu, dərmanı olmayan dəhşətli bir xəstəlikdir”, -deyə Fransisk bəyan edib.

Papa həmçinin çörək, isti yuva, qardaşlıq qayğısı istəməyə gələnlərin tikanlı məftillərlə qarşılanmasını da qınayıb.

Mənbə: TASS