Rusiya bütün ölkələrlə hava nəqliyyatını dayandırmaq istəyir

Rusiya bütün ölkələrlə hava nəqliyyatını dayandırmaq istəyir

24.12.2020 12:38

Rusiya Dövlət Dumasının deputatı İvan Suxarev hökumət başçısı Mixail Mişustinə koronavirusun yeni ştammı ilə əlaqədar bütün ölkələrlə hava nəqliyyatında müvəqqəti məhdudiyyətin tətbiqini təklif edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Suxarev mutasiyanın Böyük Britaniyada və digər dövlətlərdə aşkar edildikdən sonra Rusiyanın London ilə hava hərəkətini məhdudlaşdırdığına diqqət çəkib.

“Yeni virusun Rusiya Federasiyası ərazisində yayılmasının qarşısını almaq və koronavirus infeksiyasına qarşı mübarizədə mövcud müsbət dinamikanı qorumaq üçün bütün xarici ölkələrlə hava nəqliyyatının müvəqqəti dayandırılması imkanını nəzərdən keçirməyinizi xahiş edirəm”, -- deyə müraciətdə bildirilir.