Sahibkarlar elektron qaydada kreditlər əldə edə biləcəklər

Sahibkarlar elektron qaydada kreditlər əldə edə biləcəklər

23.12.2020 11:54

Növbəti dövrdə əhəmiyyətli hadisələrdən biri də bütün fəaliyyətin elektronlaşdırılmasıdır.

Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Samir Hümbətov 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forumu çərçivəsindəki çıxışı zamanı deyib.

Bildirilib ki, sahibkarlara dəstəyin artırılması məqsədilə fondun bütün fəaliyyəti elektronlaşdırılacaq. Eləcə də, sənəd təminatının da elektronlaşdırılması planlaşdırlır. Beləliklə, sahibkarlar elektron qaydada kreditlər əldə edə biləcəklər.

S.Hümbətov qeyd edib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən dəstək proqramları aparılacaq. Bu proqramlar vasitəsilə sahibkarlara müvafiq dəstək göstəriləcək.