Samir Şərifov: “Gələn il büdcə kəsirinin maliyyələşməsi borclanmayla həyata keçiriləcək”

Samir Şərifov: “Gələn il büdcə kəsirinin maliyyələşməsi borclanmayla həyata keçiriləcək”

23.12.2020 14:35

“Cari ildə bizim büdcə kəsirimiz məbləğ baxımından da növbəti ildən yuxarıdır. Güman edirik ki, bu il müəyyən büdcə qalığı qalacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, gələn il büdcə kəsirinin maliyyələşməsi borclanmayla həyata keçiriləcək:

“Düzdür, burada da müəyyən risklər var”.