Sergey Narışkin İlham Əliyevi təbrik etdi

Sergey Narışkin İlham Əliyevi təbrik etdi

24.12.2020 21:35

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni nailiyyətlər, möhkəm cansağlığı, qurucu fəaliyyətinizdə uğurlar, xoşbəxtlik və firavanlıq, dostlarınızdan səmimiyyət və diqqət, əzizlərinizin və yaxınlarınızın sevgisini arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı fəaliyyətə göstərdiyiniz diqqət və dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu qarşılıqlı fəaliyyət bundan sonra da Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin və milli maraqların müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq.

Hörmətlə,

Sergey Narışkin

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru