Şərq çinarlarının vətəni olan Zəngilandan Oxu.Az-ın REPORTAJI - FOTO/VİDEO

Şərq çinarlarının vətəni olan Zəngilandan Oxu.Az-ın REPORTAJI - FOTO/VİDEO

23.12.2020 15:04

44 günlük Vətən Müharibəsi ilə müzəffər ordumuz işğal altındakı torpaqlarımızı düşmən işğalından azad edib. 

Uzun illərin həsrətindən sonra işğal altında olan Zəngilan rayonu da Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. 

Zəngilan Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Rayon şərq çinarlarının vətəni sayılır. 

Düşmən işğal altında saxladığı zaman Zəngilan rayonunu da viran qoyub. Zəngilan şəhərində yerləşən tarixi məscidin bir hissəsi dağıdılıb, qalan hissəsindən isə tövlə kimi istifadə edilib. 

Oxşar vəziyyəti Zəngilan rayonunun kəndlərində də müşahidə etmək olar. 

Oxu.Az-ın əməkdaşı Zəngilan şəhərində olub və buradakı vəziyyəti lentə alıb. 

Həmin görüntüləri təqdim edirik:

Zəngilan şəhər məscidi

Samir İsayev