Sərxoş ana azyaşlı oğlunu döyə-döyə öldürmək istədi - VİDEO

Sərxoş ana azyaşlı oğlunu döyə-döyə öldürmək istədi - VİDEO

23.12.2020 02:30

Rusiyanın Tomsk vilayətində dəhşətli hadisə baş verib: Sərxoş ana 12 yaşlı oğlunu öldürmək istəyib. Səbəb isə oğlunun davranışlarına görə, məktəbə çağırılması olub.

“Life Shot” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Görüntülər qadının birgə içki içdiyi həmkəndlisi tərəfinən çəkilib. Videoda qadının uşağı döydüyü, sonra isə ağacı onun boğazına dirəyərək boğmağa çalışdığı görünür.

Hadisə ilə bağlı cinayət işi açılıb, qadını iki ilə qədər həbs cəzası gözləyir.