Şevçenko: “Ermənistanda molokanların kəndi yoxdur, amma Azərbaycanda bu kənd gündən-günə gözəlləşir” - VİDEO

Şevçenko: “Ermənistanda molokanların kəndi yoxdur, amma Azərbaycanda bu kənd gündən-günə gözəlləşir” - VİDEO

24.12.2020 16:51

Rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycanın ruslar yaşayan İvanovka kəndindən reportaj hazırlayıb.

Jurnalist reportajında kəndlilərdən, onların mənşəyindən bəhs edib:

“Duxoborlar və ya molokanlar inanclarının kökü qədim olan və Avropa protestantlığına gedib çıxan rus yevangelist xristianlarıdır.

Onlar Sinodal kilsəni yeganə həqiqətin daşıyıcısı kimi inkar edərək, rituallar üzərində Müqəddəs Yazıların üstünlüyünü təbliğ ediblər və insanın “Ruhu qazanmaqla” Həqiqətə çatdığını öyrənib və öyrədiblər.

Onların niyə molokan adlandırıldıqlarının müxtəlif versiyaları var.

Bəziləri bunun oruc zamanı, digərləri inancına görə atıldıqları həbsxanalarda süd içdiklərinə görə belə adlandırıldıqlarını deyirlər. Amma onlar özləri mənə dedilər ki, sürgünə göndərildikdə kimsə çar Nikolaya “mnoqo kanut” (çoxu öləcək) yazıb. İddiaya görə, çar “onlara yaxşı olur – batmaq hələ azdır (malo yeşyo kanut)” cavabını verib. Molokanların adı buradan götürülüb”.

M.Şevçenko molokanların Zaqafqaziyaya Voronej, Kursk, Tambov, Tula vilayətlərindən çar hökuməti tərəfindən istəklərinə zidd olaraq köçürüldüklərini qeyd edib.

“Sovet dövründə onlar Zaqafqaziyanın hər yerində yaşayırdılar və kollektiv təsərrüfatları hamınınkından yaxşı idi”, - deyə o əlavə edib.

M.Şevçenko onu da qeyd edib ki, hazırda Ermənistanda demək olar ki, molokan kəndi yoxdur:

“Ancaq Azərbaycanda molokanlar yaşayır və bu kənd gündən-günə gözəlləşir. Torpaq da həmişəlik onlara verilib, kolxozun da qalmasına icazə verilib”.