Şimali Koreya Yapon dənizinə ballistik raket atdı

Şimali Koreya Yapon dənizinə ballistik raket atdı

14.01.2022 22:21

Şimali Koreya Yapon dənizi akvatoriyası istiqamətinə raket atıb.

Bu barədə Yaponiya Sahil Mühafizəsi Xidməti məlumat yayıb.

Qeyd olunur ki, KXDR tərəfindən buraxılan raketin ballistik olma ehtimalı yüksəkdir.

Oxşar fərziyyə Yaponiya Nazirlər Kabineti və Yaponiya Müdafiə Nazirliyi tərəfindən də irəli sürülüb.

Bildirilir ki, Yaponiya Sahil Mühafizəsi Xidməti hazırda raketin düşdüyü yeri dəqiq müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, bu, Pxenyanın bu il üçüncü raket buraxılışıdır.

Mənbə: TASS