“Telegram”da maraqlı funksiya işə salınıb - VİDEO

“Telegram”da maraqlı funksiya işə salınıb - VİDEO

25.12.2020 06:30

“Telegram” messencerində səsli qrup çatları funksiyası yaranıb.

Bu barədə “Androinsider” xəbər yayıb.

Məlumata görə, yeni funksiya müntəzəm yazışmalarla paralel olaraq işləyə biləcək: Mətn və səs bir-birini tamamlayacaqdır.

Bunun üçün “qeyd” düyməsinə basmaq və danışmaq kifayətdir. Çatdakı hər kəs həmin şəxsin səsini eşidəcək. Səs qeydə alınmır, birbaşa efirdə səslənir. Ona görə də təkrar qulaq asmaq üçün yaddaşda qalmır.

Bildirilir ki, iştirakçıların hansının danışdığı həmişə qrupda görünəcək. İstifadəçilər istənilən vaxt qoşula və dinləyə bilərlər.

Səsli çat qrupun profilində administrator tərəfindən işə salınır.