“Tottenhem”in müdafiəçisi polis tərəfindən saxlanıldı

“Tottenhem”in müdafiəçisi polis tərəfindən saxlanıldı

24.12.2020 11:40

“Tottenhem” klubunun müdafiəçisi Denni Rouz polis tərəfindən saxlanılıb.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Müdafiəçinin polis tərəfindən saxlanılmasına səbəb dekabrın 23-də avtomobili yüksək sürətlə idarə edərək yol-nəqliyyat hadisəsi törətməsi olub. Qəza nəticəsində futbolçu xəsarət almasa da, avtomobilinə ziyan dəyib. Polis tərəfindən avtomobili təhlükəli idarə edən futbolçu əlavə araşdırmanın aparılması üçün nəzarətdə saxlanılıb.

Denni Rouzun nəyə görə qəzanı törətdiyi ərazidə - Northemptonda olması sual doğurub. Belə ki, qəza baş verən zaman “Tottenhem”in İngiltərə Kuboku çərçivəsində “Stok Siti” ilə oyunu olub. Qəza isə qarşılaşmanın keçiriləcəyi yerdən təxminən 150 kilometr aralı məsafədə baş verib.