Türkiyədə qan donduran hadisə: Dünyaya yeni gəlmiş körpəsini torbaya qoyub zibilliyə atdı - VİDEO

Türkiyədə qan donduran hadisə: Dünyaya yeni gəlmiş körpəsini torbaya qoyub zibilliyə atdı - VİDEO

23.12.2020 18:04

Türkiyənin Çanaqqala şəhərində qadının yeni doğulmuş körpəsini zibil qabına atmasının görüntüləri yayılıb.

İHA xəbər verir ki, 22 yaşlı tibb bacısı Ezgi Ç. körpəsini dünyaya gətirdikdən sonra onu selofan torbaya qoyub soyuqqanlılıqla zibilliyə atıb.

Göbək çiyəsi hələ üzərində olan körpə zibilyığan qadın tərəfindən tapılıb.

Dərhal müdaxiləyə rəğmən körpənin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədə günahlı bilinən Ezgi Ç. və 21 yaşlı sevgilisi Mustafa P. saxlanılıb.

Ezgi Ç. ifadəsində deyib ki, hamilə olduğunu ailəsindən gizlədib və uşaq nikahdan kənar doğulduğu üçün onu məhv etmək qərarına gəlib.

Onun valideynləri – 44 yaşlı anası və 47 yaşlı atası da cinayəti ört-basdır etdikləri üçün polis tərəfindən saxlanılıb.