Türkiyədə qandonduran hadisə: Qəyyumluqları analarına verilən iki azyaşlı övladını öldürüb intihar etdi

Türkiyədə qandonduran hadisə: Qəyyumluqları analarına verilən iki azyaşlı övladını öldürüb intihar etdi

22.12.2020 17:11

Türkiyənin Bayburt şəhərində boşanandan sonra övladları arvadının qəyyumluğuna verilən 35 yaşlı çoban Ərdoğan Acar ov tüfəngi ilə əvvəl iki uşağını, sonra isə özünü vurub.

DHA xəbər verir ki, hadisə səhər saatlarında mərkəzdəki Yakupabdal kəndində baş verib.

Arvadından boşanan çoban Ərdoğan Acar uşaqları - səkkiz yaşlı Xədicəni və yeddi yaşlı Mücahidin qəyyumluqlarının analarına verildiyini öyrəndikdən sonra qətlləri törədərək intihar edib.

Silah səslərini eşidən qonşuların xəbəri ilə hadisə yerinə polis və həkimlər gəlib.

Faktla bağlı istintaq davam edir.