Üç kredit təşkilatı gələn il büdcəyə 121 milyon manat dividend ödəməlidir

Üç kredit təşkilatı gələn il büdcəyə 121 milyon manat dividend ödəməlidir

23.12.2020 15:16

Azərbaycanda dövlətə məxsus üç kredit təşkilatı - “Azərbaycan Beynəlxalq Bankı” (ABB) və “Azər-Türk Bank” ASC-lər, eləcə də “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) gələn il büdcəyə 120,95 milyon manat dividend ödəməlidir.

“Report” xəbər verir ki, bu barədə “2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Sənədə əsasən, ABB-nin dividend öhdəliyi 120 milyon manat (bu il olmayıb), “Azər-Türk Bank”ın dividend öhdəliyi 750 min manat, “Aqrarkredit”ın dividend öhdəliyi isə 200 min manat (11,1 faiz çox) müəyyən edilib.