Ucardakı qəzada iki nəfər xəsarət alıb - FOTO

Ucardakı qəzada iki nəfər xəsarət alıb - FOTO

15.01.2022 00:05

Ucarda heyvan tələfatı və insan xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə gecə saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində baş verib.

Neftçala rayon sakini, 1987-ci il təvəllüdlü Elman Tahir oğlu Heybətov idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Hadisə zamanı heyvan tələf olub.

Sürücü E. Heybətov və sərnişini, Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü İzzət Telman oğlu İbrahimov aldığı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.