ÜST Ədliyyə Nazirliyinə 250 min ədəd tibbi maska təhvil verdi - FOTO

ÜST Ədliyyə Nazirliyinə 250 min ədəd tibbi maska təhvil verdi - FOTO

21.12.2020 15:26

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 250 min ədəd tibbi maska təhvil verib.

Bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin rəsmi “Facebook” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, bu maskalar Ədliyyə Nazirliyi Penitensiar müəssisələrinin əməkdaşları və kontingenti arasında COVID-19 virusuna qarşı profilaktik tədbirlər çərçivəsində paylanacaq.