Vətən Müharibəsində payı olan 19 yaşlı şəhid - VİDEO

Vətən Müharibəsində payı olan 19 yaşlı şəhid - VİDEO

25.12.2020 10:20

Torpaq su ilə qarışdıqda palçıq, qanla qarışdıqda isə Vətən olur. 44 günlük müharibədə Vətən torpağını öz qanı bahasına düşmən tapdağından azad edən şəhidlərimizdən biri də Ələddin Xəlilovdur. 

Baku TV xəbər verir ki, Qobustandan olan 19 yaşlı Ə.Xəlilov öz arzusu döyüşə qatılıb. 

Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

İndi Xəlilovlar ailəsi torpaqlarımızın işğaldan azad olunmasında hər bir igid oğul kimi övladları Ələddinin payının olması ilə fəxr edir. 

Ətraflı süjeti təqdim edirik: