Vətənə xidmət hər zaman şərəfdir

Vətənə xidmət hər zaman şərəfdir

22.12.2020 09:30

“Modern Group” tərkibinə daxil olan və tibb sahəsində mühüm işlər görən “Medicenter” MMC və Modern Hospital MMC olaraq, Sentyabrın 27-sindən başlayan Vətən müharibəsinin Allahın izni, Ali Baş Komandanın əmri, ordumuzun şücaəti, şəhidlərimizin qanı ilə “8 noyabr”ı tarixin səhifələrinə şanlı hərflərlə “Qələbə Günü” kimi yazdıraraq müharibənin lehimizə tamamlanması münasibətilə şəhid analarının əllərindən öpür, xalqımızı və bütün türk dünyasını könüldən təbrik edirik!

İkinci Qarabağ müharibəsi gedişatında istər ön cəbhədə ordumuzun əvəzolunmaz və danılmaz zəhməti, istərsə də arxa cəbhədə həm şirkətlər, həm vətəndaşlar, uşaqdan böyüyə hərkəs həmrəylik göstərərək ön cəbhəyə fiziki, maddi dəstək olmağa çalışıb. Bu sahədə “Medicenter” və “Modern Hospital” da ordumuza dəstək məqsədli bir sıra işlər görüblər. 

2018-ci ildən travmatoloji sahədə fəaliyyət göstərən ABŞ-ın Zimmer Biomet, Polşanın ChM firmalarının ölkəmizdəki rəsmi eksklyüziv təmsilçisi olan “Medicenter” müharibə dövründə cəbhə bölgəsinə yollanan 10-dan çox həkim-travmatoloqlara tibbi təyinatlı malları (travmatoloji alət-avadanlıqları, sərfiyyatları, “İlizarov” aparatları və s.) tam təmənnasız olaraq ianə edib.

Vətən Müharibəsinin ilk günlərindən başlayaraq yaralı əsgərlərimiz, zabitlərimiz üçün əməliyyatların keçirilməsi məqsədi ilə travmatoloji sərfiyyatlar cəbhəyə yaxın xəstəxanalara göndərilib, bu günə kimi 20 000 AZN məbləğində travmatoloji sərfiyyatlar istifadə edilib. “Medicenter”in kollektivi istər cəbhə bölgəsində, istərsə də Bakıda fəaliyyət göstərən həkim-travmatoloqlara lazımi köməyi təmin etmək üçün səfərbər olub.

2008-ci ildən fəaliyyət göstərən və hər il on minlərlə pasiyentin etibarını qazanmış “Modern Hospital” da müharibə dövründə fəal iştirak edib. Həm cəbhə bölgəsində aktiv hərbçi kimi əlində silah düşmənlə vuruşaraq, həm də cəbhədə vətənə xidmət edənlərin sağlamlıqlarının keşiyində duran 27 nəfərlik tibbi briqada fəaliyyət göstərib. Əlavə olaraq, yaralı əsgər və zabitlərimizin əməliyyatında, müalicəsində istifadə üçün 30 000 AZN-lik tibbi ləvazimatlarla təmənnasız şəkildə ordumuza dəstək olub. Həmçinin, müalicələrinin daha əlverişli və təminatlı şəraitdə davam etdirilməsi məqsədilə cəbhədə yaralanmış əsgərlərimizdən bəziləri “Modern Hospital”a təxliyyə olunublar. İki ay müddətində 14-ü stasionar, 20-si ambulator olmaqla ümumilikdə 34 hərbçimizin müalicəsi tam təmənnasız şəkildə yerinə yetirilib. 

Vətənə xidməti özünə şərəf bilənlərə xidmət göstərmək, bizim üçün ən böyük qürur mənbəyidir!

QARABAĞ AZƏRBAYCANDIR!!!

http://modernhospital.az/
https://medicenter.az/