Viran qalmış evlər, dağılmış və təhqir edilmiş məscid - Füzulidən FOTOREPORTAJ

Viran qalmış evlər, dağılmış və təhqir edilmiş məscid - Füzulidən FOTOREPORTAJ

23.12.2020 17:46

Düşmən 30 ilə yaxın müddət ərzində işğal etdiyi torpaqlarımızda bütün yaşayış məntəqələrini xarabalıqlara çevirib. 

Evlər dağıdılıb, qəbiristanlıqlar məhv edilib, hətta mənfur düşmən qəbirlərdə uyuyan həmvətənlərimizi də rahat buraxmayıb.

Qəddar erməni quldurları inanc yerlərini, məscidləri dağıtmaqdan belə çəkinməyib. 

Füzuli şəhərində də daşı daş üstündə qalan hər hansı ev, tarixi bina, məscid qalmayıb. 

Şəhərdəki məscid tamamilə yerləyeksan edilib, mədəniyyət evinin, köhnə “Araz” qəzetinin redaksiyasının isə yalnız bir divarı qalıb. 

Oxu.Az-ın əməkdaşı Füzuli şəhərindəki son vəziyyəti lentə alıb. 

Həmin fotoları təqdim edirik:


Köhnə “Araz” qəzetinin redaksiyası


Füzuli şəhərindəki Mədəniyyət Evi


Füzuli şəhərindəki dağıdılmış məscid

Samir İsayev