Xəstəxanaya düşməmək üçün yatdığınız yerə diqqətlə baxın - FOTO

Xəstəxanaya düşməmək üçün yatdığınız yerə diqqətlə baxın - FOTO

24.12.2020 05:29

Rusiyanın Primorsk diyarında yerli sakinin ürəyinə təsadüfən iynə girib.

Life.ru-nun məlumatına görə, həkimlər onu çıxarmaq üçün unikal əməliyyat həyata keçiriblər.

Məlumata görə, 25 yaşlı rusiyalı ürəkdəki ağrı şikayətləri ilə xəstəxanaya müraciət edib. Onun sözlərinə görə, təsadüfən yatağına düşən iynənin üstünə çevrilib. Müayinə zamanı iynənin iki yerə bölündüyü, onlardan birinin perikardiyaya (ürək torbasına) düşdüyü məlum oldu. Onun içində qan yığılması isə vəziyyəti mürəkkəbləşdirib.

Gəncin həyatı təhlükədə olub.

Həkimlər iynənin qırıntılarını çıxarmaq üçün kompleks bir əməliyyat keçiriblər.

Əməliyyat uğurlu olub, o, bir həftə sonra xəstəxanadan çıxıb.