Yük maşını sürücülərinə rəqib gəlir - VİDEO

Yük maşını sürücülərinə rəqib gəlir - VİDEO

25.12.2020 04:00

Moskvada sürücüsüz və kabinəsiz “KamAZ”ın sınağı keçirilib.

“Mash” “Telegram” kanalı bununla bağlı kadrlar yayıb.

Videoya baxanda ilk baxışdan elə təəsürat yaranır ki, hərəkət edən qoşqudur. Ancaq “Çelnok” adlanan maşın bütünlüklə o formadadır – kabinəsizdir.

Elektriklə işləyən maşın kameraların və lidarların köməyi ilə istiqaməti müəyyən edir, hərəkətin digər iştirakçılarını “görür” və süni intellektin köməyi ilə qərarlar qəbul edə bilir.

10 ton məhsulu 50 km məsafəyə əlavə şarj olunmadan daşıya bilir.