Yupiter və Saturnun “böyük qovuşması” kosmosdan qeydə alındı - FOTO

Yupiter və Saturnun “böyük qovuşması” kosmosdan qeydə alındı - FOTO

24.12.2020 08:28

800 ilə yaxın bir müddətdə ilk dəfə baş verən Yupiter və Saturnun “böyük qovuşması” Beynəlxalq Kosmik Stansiyadan qeydə alınıb.

Bu barədə “Zvezda” xəbər yayıb.

Kosmonavt Sergey Kud-Sverçkov “Twitter”də bununla bağlı fotoları paylaşıb.

“Ötən gecə onları yalnız altı qövs dəqiqəsi ayırdı (məsələn, bu Ay diskinin 1/5 hissəsidir) və adi gözlə səmada parlaq ikiqat ulduz kimi göründülər”, - deyə BKS heyət üzvü fotolara şərh verib.

Xatırladaq ki, iki planetin maksimum yaxınlaşması dekabrın 21-də baş verib. Yer kürəsindən bu, iki parlaq ulduzun birləşməsi kimi göründü.

Bu fenomenal hadisə yalnız bir neçə yüz ildə bir dəfə baş verir.